...

Bakıda 26 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb

Hadisə Materials 10 Aprel 2019 10:19 (UTC +04:00)
Bakıda qadın naməlum şəraitdə bıçaqlanıb
Bakıda 26 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb

Bakı. Samir Əli - Trend:

Bakıda qadın naməlum şəraitdə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı yaşadığı evin vanna otağında qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti