...

Türkiyədə sənaye zonasında fabriklər yanır

Hadisə Materials 19 Aprel 2019 10:26 (UTC +04:00)
İstanbulda "İŞDÖK" sənaye zonasında yanğın baş verib.
Türkiyədə sənaye zonasında fabriklər yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda "İŞDÖK" sənaye zonasında yanğın baş verib. Trend-in məlumatına görə, fabriklərin birində başlayan yanğın güclü küləyin təsirindən başqa bir fabrikə də keçib.

Hazırda ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almağa cəhd edilir.

Xəsarət alanların olub-olmaması barədə hələ məlumat daxil olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti