...

Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı

Hadisə Materials 25 Aprel 2019 11:55 (UTC +04:00)
Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.
Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti