Bakı. Trend:
Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki kanalizasiya borularından birinin 30 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Kürqaraqaşlı kənd sakini E.Nuriyev saxlanılıb.