...

Türkiyədə futbolçuları aparan avtobus aşıb: çex oyunçu ölüb

Hadisə Materials 29 Aprel 2019 10:35 (UTC +04:00)
Türkiyənin Kayseri vilayətində futbolçuları daşıyan avtobus aşıb.
Türkiyədə futbolçuları aparan avtobus aşıb: çex oyunçu ölüb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kayseri vilayətində futbolçuları daşıyan avtobus aşıb.

Trend-in məlumatına görə, avtobusdakı idmançıların hamısı "Alanyaspor" futbol klubunun üzvləri olub.

Qəza nəticəsində çexiyalı futbolçu Yosef Şural ölüb. 7 oyunçunun xəsarət aldığı deyilir.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Yaralı futbolçulardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti