...

Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Hadisə Materials 2 May 2019 12:06 (UTC +04:00)
Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.
Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti