...

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 5 May 2019 10:27 (UTC +04:00)
Gəncədə yanğın qeydə alınıb
Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakı. Trend:

Gəncədə yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti