...

Qubada "VAZ" yol kənarına aşdı - 3 nəfər xəstəxanalıq oldu

Hadisə Materials 13 May 2019 10:10 (UTC +04:00)
Quba rayonunun Alekseyevka kəndində "VAZ" markalı minik avtomobili yol kənarına aşıb.
Qubada "VAZ" yol kənarına aşdı - 3 nəfər xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Quba rayonunun Alekseyevka kəndində, Xaçmaz rayonuna gedən yolda qeydə alınıb. "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Avtomobildən xəsarət alanları çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Qəza nəticəsində 1997-cu il təvəllüdlü Bədəlov Orxan Gülağa oğlu qapalı kəllə-beyin travması, bədənin müxtəlif yerlərinin əzilməsi, 1998-cu il təvəllüdlü Atakişiyev Taleh Allahverdi qapalı kəllə-beyin travması, sağ qaşın yırtılması və 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu boyun nahiyəsinin sıyrılması xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin yardımdan sonra T. Əliyev ambulator müalicəyə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti