...

Biləsuvarda mikroavtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb

Hadisə Materials 23 May 2019 08:52 (UTC +04:00)
Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.
Biləsuvarda mikroavtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb

Bakı. Trend:

Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti