...

Şəkidə toyuq hinində narkotik yetişdirilib

Hadisə Materials 28 May 2019 12:42 (UTC +04:00)
Şəkidə toyuq hinində narkotik yetişdirilib.
Şəkidə toyuq hinində narkotik yetişdirilib

Bakı. Trend:

Şəkidə toyuq hinində narkotik yetişdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.

Rayonun Quşencə kənd sakini 28 yaşlı Turab Alıyevin evinə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti