...

Kürdəxanıda yolu keçən piyadanı maşın vurub

Hadisə Materials 8 İyun 2019 18:55 (UTC +04:00)
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəxanıda yolu keçən piyadanı maşın vurub

Bakı. Trend:

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti