...

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Hadisə Materials 15 İyun 2019 09:36 (UTC +04:00)
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti