...

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, ölən var

Hadisə Materials 17 İyun 2019 20:14 (UTC +04:00)

Bakı. Trend:

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti