...

Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb

Hadisə Materials 5 İyul 2019 08:42 (UTC +04:00)
Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb
Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti