...

Nərimanovda "Honda" ağaca çırpıldı, sürücü öldü

Hadisə Materials 12 İyul 2019 22:29 (UTC +04:00)
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Nərimanovda "Honda" ağaca çırpıldı, sürücü öldü

Bakı. Samir Əli - Trend:

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Paşa Qəribzadə idarə etdiyi "Honda" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti