...

Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 16 İyul 2019 12:58 (UTC +04:00)
1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti