...

Suraxanıda qadını vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 17 İyul 2019 13:05 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı rayonu Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Suraxanıda qadını vurub qaçan sürücü saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı rayonu Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda bildirilir ki, Suraxanı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxs naməlum markalı avtomobillə yolu keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Şüküfə Qurbanovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 99-DG-961 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərli Bəhruz Rafayıl oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti