...

Çimərlikdə qaya parçası insanların üzərinə düşdü - 3 ölü

Hadisə Materials 3 Avqust 2019 15:45 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında çimərlikdə qaya parçasının düşməsi nəticəsində azı 3 nəfər həlak olub
Çimərlikdə qaya parçası insanların üzərinə düşdü - 3 ölü

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında çimərlikdə qaya parçasının düşməsi nəticəsində azı 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər yerindəcə ölüb, iki nəfər isə xəstəxanada həyatını itirib. Daha bir nəfər yüngül xəsarətlər alıb.

Hazırda San Dieqo şəhəri yaxınlığında yerləşən çimərlik bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti