...

Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb

Hadisə Materials 15 Avqust 2019 17:18 (UTC +04:00)
Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 14-də saat 20 radələrində Ağstafa rayonunun Göycəli kəndi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti