...

Qəbələdə dağlıq ərazidə yanğın - 2 helikopter və təyyarə cəlb edilib (YENİLƏNİB) (VİDEO)

Hadisə Materials 23 Avqust 2019 19:38 (UTC +04:00)
Qəbələ rayonunda yanğın başlayıb.
Qəbələdə dağlıq ərazidə yanğın - 2 helikopter və təyyarə cəlb edilib (YENİLƏNİB) (VİDEO)

Bakı. Samir Əli - Trend:

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

XXX

17:17

Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti