...

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

Hadisə Materials 26 Avqust 2019 13:47 (UTC +04:00)
Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Goranboyda qəza - Ölən və xəsarət alanlar var

Bakı. Trend:

Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi “KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti