...

Siyəzəndə 3 uşağı ilə itkin düşən qadın axtarılır (FOTO)

Hadisə Materials 27 Avqust 2019 18:33 (UTC +04:00)
Siyəzəndə 30 yaşlı qadın 3 azyaşlı uşağı ilə birlikdə itkin düşüb.
Siyəzəndə 3 uşağı ilə itkin düşən qadın axtarılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Siyəzəndə 30 yaşlı qadın 3 azyaşlı uşağı ilə birlikdə itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti