...

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda öldü

Hadisə Materials 12 Sentyabr 2019 20:52 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti