Bakı. Trend:
Rusiya Federasiyası Dağıstan Respublikasının Kayakent rayonunun "Kavkaz" federal avtomobil yolunda mikroavtobusun iştirakı ilə qəza baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, 1993-cü il təvəllüdlü Dağıstanın Axtın rayon sakini və 1994-cü il təvəllüdlü Kayakent rayon sakini həlak olub. Xəsarət alanlar arasında üç Azərbaycan vətəndaşı da var.
Qeyd edilir ki, yol qəzasında Azərbaycanın dövlət nömrə nişanlı mikroavtobusu, habelə Rusiyanın dövlət nömrə nişanlı "Lada Granta" və "Hyundai Solaris" avtomobilləri iştirak edib.