Bakı. Trend:
Hacıqabulda 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Birinci Meyniman kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.