...

Bakıda itkin düşən 8-ci sinif şagirdi tapıldı (YENİLƏNİB)(FOTO)

Hadisə Materials 30 Sentyabr 2019 12:31 (UTC +04:00)
Bakıda itkin düşən yeniyetmə tapılıb
Bakıda itkin düşən 8-ci sinif şagirdi tapıldı (YENİLƏNİB)(FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Trend-ə Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Murad Əliyevin yaxınları bildiriblər. Qeyd edilib ki, yeniyetmə polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

XXX

10:45

Bakıda yeniyetmə itkin düşüb.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir, o hazırda 8-ci sinifdə oxuyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti