...

Binədəki yanğında zəhərlənərək xəstəxanaya çatdırılan şəxsdən xəbər var

Hadisə Materials 8 Oktyabr 2019 10:43 (UTC +04:00)
Binə Ticarət Mərkəzində baş verən yanğında tüstüdən boğularaq xəstəxanaya çatdırılan şəxsin kimliyi məlum olub.
Binədəki yanğında zəhərlənərək xəstəxanaya çatdırılan şəxsdən xəbər var

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Binə Ticarət Mərkəzində baş verən yanğında tüstüdən boğularaq xəstəxanaya çatdırılan şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, o, 1 saylı Klini Tibbi Mərkəzə çatdırılan 1983-cü il təvəllüdlü Abdullayev Elşən Məhəmməd oğludur. Mərkəzin toksikologiya şöbəsindən verilən məlumata görə, ona yüngül dərəcədə zəhərlənmə diaqnozu qoyulub.

Xəstə ilkin tibbi yardım alandan sonra ambulator müalicəyə yola salınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 8 oktyabr 2019-ci il saat 00:41-də "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə isə, Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti