...

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub

Hadisə Materials 17 Oktyabr 2019 15:55 (UTC +04:00)
Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.
Ağcabədidə avtomobil qoyun sürüsünü vurub

Bakı. Samir Əli - Trend:

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.

Trend-in məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.

Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti