...

Nərimanovda qəza zamanı avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub (VİDEO)

Hadisə Materials 21 Oktyabr 2019 10:28 (UTC +04:00)
Ötən gecə Bakıda baş verən yol qəzasında avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub.
Nərimanovda qəza zamanı avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda baş verən yol qəzasında avtomobildə sıxılıb qalan şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Nərimanov rayonunda "Kia" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində yol qəzası baş verib. Hadisə nəticəsində "Kia" markalı avtomobilin sərnişini, azyaşlı oğlan sıxılı vəziyyətdə qalıb.

Qəza yerinə cəlb olunan Fövqaladə Hallar Nazirliyinin xilasediciləri avtomobildən 2009-cu il təvəllüdlü Babayev İlyas Əli oğlunu çıxararaq aydiyyəti üzrə təhvil veriblər. Təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan İ.Babayev qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti