...

Goranboyda naməlum piyadanı maşın vurub öldürdü

Hadisə Materials 4 Noyabr 2019 14:00 (UTC +04:00)

Bakı. Trend:

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti