...

Şirvan sakinini küçədə naməlum avtomobil vurdu

Hadisə Materials 4 Noyabr 2019 15:33 (UTC +04:00)
Şirvanda yol qəzası baş verib.
Şirvan sakinini küçədə naməlum avtomobil vurdu

Bakı. Samir Əli - Trend:

Şirvanda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində baş verib.

Küçə ilə hərəkətdə olan piyada Salman Muradov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

S.Muradov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti