...

Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanıldı

Hadisə Materials 6 Noyabr 2019 14:37 (UTC +04:00)
Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.
Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.

Noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirmək istəyib. E.Cəfərovun şikayəti əsasında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, C.Zeynalov əvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri ilə məhkumluq həyatı yaşayıb və 2015-ci ildən azadlığa buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinn Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti