...

Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 28 Noyabr 2019 01:57 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

23:49

Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti