Azərbaycanda şirkət rəhbəri korrupsiya əməlləri ifşa olundu

Azərbaycanda şirkət rəhbəri korrupsiya əməlləri ifşa olundu

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilib, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu strateji sferada idarəetmənin təkmilləşdirilməsində, eləcə də əlçatanlığın və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirilməsi sahəsində baş verə biləcək sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda deyilir ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Loading Bars
Xəbər lenti
ABŞ-ın şərqində 5 minə yaxın aviareys ləğv edilib
Şirvanda gözətçi köşkü yanıb
Belçikada koronavirusa yoluxanların sayı 3 milyonu keçib
Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub
"Instagram"ın işində qüsurlar yaranıb
Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb
ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək - Bayden
Ərdoğan yeni ədliyyə naziri təyin edib
Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır - XİN
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb (VIDEO)
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)
Rumıniyanın energetika naziri Azərbaycana gələcək
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub
Sabah güclü külək əsəcək
ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir (FOTO)
Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bakı-Qazax yolunda dəhşətli qəza (VİDEO)
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bakıda “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı
İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)
Sonradan peşman olmamaq üçün internetdəki məlumatlarla necə davranmalı: Kaspersky-nin yoxlama siyahısı (çek list)
Şabran sakini evində olan odlu silahı polisə təhvil verib
Dağlıq rayonlarda yollar buz bağlayacq
"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb
“YAŞAT” Fondu şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib (VİDEO)
Qarabağda astronomik stansiya qurulacaq
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Bütün xəbərlər