...

Qaradağda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə Materials 28 Noyabr 2019 14:53 (UTC +04:00)

Bakı. Trend:

Qaradağda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İxtiyarlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti