...

Şamaxıda ikimərtəbəli binada yanğın baş verib

Hadisə Materials 4 Dekabr 2019 10:28 (UTC +04:00)
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
Şamaxıda ikimərtəbəli binada yanğın baş verib

Bakı. Trend:

Şamaxıda ikimərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 300 m² olan zalın döşəməsi 20 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti