...

Saatlıda qatar "VAZ"la toqquşdu - Ölən və yaralanan var

Hadisə Materials 4 Dekabr 2019 10:32 (UTC +04:00)
Saatlı rayonunda qatar avtomobillə toqquşub.
Saatlıda qatar "VAZ"la toqquşdu - Ölən və yaralanan var

Bakı. Samir Əli - Trend:

Saatlı rayonunda qatar avtomobillə toqquşub.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında dəmir yolunun Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində “VAZ-2106” markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində "VAZ 2106" markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti