...

Bərdədə 3 otaqlı ev yanıb

Hadisə Materials 6 Dekabr 2019 09:20 (UTC +04:00)
Bərdə rayonunun Qarayusifli kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.
Bərdədə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti