...

Bakıda zibil qutusundan "Makarov" aşkarlandı

Hadisə Materials 20 Dekabr 2019 19:44 (UTC +04:00)
Bakıda küçədən silah tapılıb.
Bakıda zibil qutusundan "Makarov" aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda küçədən silah tapılıb.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev Valid Həvasət oğlu Ş.Əzizbəyov küçəsi 22 ünvanındakı zibil yeşiyindən kağıza bükülü silah aşkar edib.

Hüquq mühafizə orqanları əməkdaşlarını apardığı araşdırma zamanı müəyyən edilib ki, tapılan silah 1973-cü ilin istehsalı olan "Makarov" markalı tapançadır və üzərindəki sandıqçada 3 ədəd patron var.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti