Bakı. Samir Əli - Trend:
Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Trend-in məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Bahadur Behbudov yaşadığı məhəllədə hərəkətdə olarkən müvazinətini itirərək yaxınlıqdan keçən su kanalına düşüb. Həmin vaxt ərazidə heç kim olmadığından o boğularaq dünyasını dəyişib. B.Behbudovun meyiti sudan çixarilaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.