Bakı. Trend:
Şəmkirdə 3 otaqlı evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.