Bakı. Trend:
Lənkəran sakinindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 16-da Lənkəran rayonunun Parakənd kənd sakini N.Quliyevin həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açması barədə daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.