...

Hacıqabulda yolu keçən qadını maşın vurub öldürdü

Hadisə Materials 1 Yanvar 2020 22:50 (UTC +04:00)
Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Hacıqabulda yolu keçən qadını maşın vurub öldürdü

Bakı. Trend:

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 31-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Kürdəmir rayon sakini A.Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qubalı Baloğlan kənd sakini Sitarə Əsgərovanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti