...

Qələbə meydanında qəza olub (FOTO)

Hadisə Materials 11 Yanvar 2020 17:00 (UTC +04:00)
Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.
Qələbə meydanında qəza olub (FOTO)

Bakı. Trend:

Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən fiber-beton üzlüklər yenisi ilə əvəzlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti