Bakı. Trend:
Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında bacanın ətrafı 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.