Bakı. Trend:
Tanzaniyanın cənub-şərqində Lindi vilayətində baş verən daşqınlar nəticəsində 21 nəfər həlak olub.
Trend-in verdiyi xəbərə görə, yerli “İTV” kanalı məlumatında bildirib: "Lindi bölgəsində ölənlərin sayı 21 nəfərə çatıb. Kilva əyalətində hələ də köməyə ehtiyyacı olan 500 nəfər var. Daşqınlardan əziyyət çəkən insanlara yardımlar hərbi helikopterlər vasitəsilə edilir."
Qeyd olunub ki, çayların daşması nəticəsində baş verən daşqınlara görə 15 min tanzaniyalını evsiz qalıb.