...

Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb

Hadisə Materials 3 Fevral 2020 17:57 (UTC +04:00)
Əmrah Əmrahov elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.
Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb

Bakı. Samir Əli - Trend:

İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti