...

Şəmkirdə ev yanıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 11 Fevral 2020 10:38 (UTC +04:00)
Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Şəmkirdə ev yanıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. Trend:

Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, Gədəbəy rayonunun Düz Rəsullu kəndində də ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti