...

Bakıda yaşayış binasında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 21 Fevral 2020 01:24 (UTC +04:00)
Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb
Bakıda yaşayış binasında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının çardağının taxta atmaları 20 m² sahədə və çardağına yığılan taxta tullantıları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

XXX

23:18

Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

XXX

23:05

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti