...

Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı

Hadisə Materials 21 Fevral 2020 11:11 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdini qarşısını alıblar.
Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdini qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndiriliblər.

Vətəndaşlara məxsus çanta və çamadanlar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Nəticədə əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən ümumilikdə 46 adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti